Erməni və gürcü ekspertlərin fikrincə, tərəflər arasında yığılan məsələlərin müzakirə olunmasının, aydınlaşdırılmasının və Qarabağ müharibəsindən sonrakı gerçəkliklərdə əməkdaşlıq üçün yeni təlimatların qeyd edilməsinin zamandır.
Gürcüstan prezidentinin administrasiyasının keçmiş rəhbəri, politoloq Petre Mamradze Ermənistan Xarici İşlər nazirinin Gürcüstan səfərini regiondakı müharibədən və 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra baş vermiş dəyişikliklərlə əlaqələndirir.
“Gürcüstan qonşu iki ölkə ilə sıx şəkildə bağlıdır və sirr deyil ki, Azərbaycanla bir sıra infrastruktur layihələri həyata keçirir. Bakı təbii qazın, neftin tədarükçüsüdür. Bundan başqa, iki ölkə kifayət qədər böyük diaspora sahibdir”, - deyə Mamradze qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az