Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
“Argişti evlidir, iki azyaşlı uşağı var və kirayədə yaşayır. Bundan başqa, ödəməli olduğu kreditlər var, Argişti isə artıq işləyə bilməz (ən azından bu mərhələdə).
Argişti Mikayelyanın qardaşı Andranik Mikayelyan deyib ki, qardaşı müharibənin ilk günü, sentyabrın 27-də əlahiddə taborla Qarabağ gedib, Suqovuşanda olub, Lüləsaz döyüşləri zamanı mərmi partlaması nəticəsində yaralanıb.
Hazırda Argişti yalnız 1-ci dərəcəli əlilliyə sahibdir, dərəcəyə uyğun olaraq min dram alır və bir az artıq təqaüd alır. O, hərbi əlillik dərəcəsi ala bilmir”, - deyə məlumatda qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az