Yunanıstan ABŞ-dan F-35 döyüş təyyarələri almaq niyyətindədir

2021/01/ep3ts-1611740941.jpg
Oxunub: 513     14:01     28 Yanvar 2021    
Yunanıstan ABŞ-dan “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən F-35 döyüş təyyarələri almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Yunanıstan Müdafiə naziri Nikolaos Panaqiotopoulos “Alpha TV” kanalına müsahibəsi zamanı məlumat verib.

O bildirib ki, Yunanısta “Rafale” və F-35 daxil olmaqla ümumilikdə 40 döyüş təyyarəsi almaq niyyətindədir.

Yanvarın 25-də Fransa və Yunanıstan 18 ədəd “Rafale” qırıcısının alınması barədə 3 milyard dolarlıq müqavilə imzalayıb.

“Gec-tez 5-ci nəsil F-35 təyyarələri ilə bağlı müzakirələr başlayacaq”, - deyə yunan nazir qeyd edib.

Xatırladaq ki, ötən ilin noyabr ayında yunan mediası Afinanın rəsmi olaraq 18-24 arasında yeni və ya istifadə edilmiş F-35 təyyarəsi almaq istədiyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yunanıstan  

Yunanıstan ABŞ-dan F-35 döyüş təyyarələri almaq niyyətindədir

2021/01/ep3ts-1611740941.jpg
Oxunub: 514     14:01     28 Yanvar 2021    