Baydenin prezidentliyi dövründə gözlənilən Rusiya-ABŞ gərginliyi Ermənistanı da vuracaq

2021/01/00-86-1611730370.jpg
Oxunub: 2536     17:33     27 Yanvar 2021    
“Washington Post” nəşri Ağ Evdəki mənbələrinə istinadən xəbər verir ki, ABŞ-ın yeni prezidenti Co Bayden Rusiya ilə münasibətləri bərpa etmək niyyətində deyil, Moskvaya “həddindən artıq aqressiv olmasına” görə yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Adı açıqlanmayan ABŞ rəsmisi, ABŞ-ın Rusiyanı son aylarda və illərdə “düşüncəsiz və təcavüzkar hərəkətlərə” görə cəzalandırmaq niyyətində olduğunu bildirib. Yaxın gələcəkdə Bayden Milli Kəşfiyyat direktoru Evril Haynesə Rusiya ilə bağlı təhdidlər barədə bir hesabat hazırlamağı tapşıracaq. Bundan sonra əldə olunan məlumatlara əsasən sanksiyalarla bağlı son qərar veriləcək.

Qeyd olunur ki, Amerika tarixində ilk dəfə ABŞ-ın yeni prezidenti hakimiyyətə gəldikdən sonra Rusiyaya qarşı düşmən mövqeyində olan addımlarla başlayır.

Erməni politoloq Suren Sarkisyanın sölərinə görə, Amerikanın Rusiyaya qarşı mümkün sanksiyaları birbaşa və ya dolayı yolla Ermənistana da təsir edəcək.

“Yəqin ki, bu sanksiyalar daha çox iqtisadi xarakter daşıyacaq. Məmur və iş adamlarının sanksiyalara məruz qalacaqları istisna edilmir. Keçmişdə bir çox iş adamının ABŞ-ın sanksiyalarına məruz qaldığı və bunun iqtisadiyyatımıza birbaşa zərbə vurduğuna dair təcrübə var”, - deyə o bildirib.

Sarkisyan əlavə edib ki, Rusiya ilə ABŞ arasındakı gərginlik hər zaman birbaşa və ya dolayı yolla Ermənistana zərbə vurub.

Sarkisyana görə, bu şəkildə Ermənistanın iki fövqəlgüclə münasibətlərini qurmaq baxımından da manevr imkanları azalacaq.

O, Ermənistanda Baydenin prezidentliyi ilə bağlı həyəcanın səbəblərini anlamadığını da qeyd edib.

“Amerikanın Ermənistana qarşı siyasətində dəyişiklik gözləmək lazım deyil. Əlbətdə, münasibətdə müəyyən dəyişiklik ola bilər, amma fikrimcə, təşviq üçün elə böyük səbəb yoxdur. Tramp administrasiyası ilə işlədiyimiz kimi, bu administrasiya ilə də eyni şəkildə işləməyə davam etsək, yəni işləməsək, əlbəttə müsbət bir dəyişiklikdən söhbət gedə bilməz”, - deyə erməni politoloq bildirib.

ABŞ-Türkiyə münasibətlərinə gəlincə, Suren Sarkisyana görə, Türkiyə ilə əlaqələr qurarkən ABŞ aşağıdakı siyasəti rəhbər tutacaq: “Bəzi sanksiyalar tətbiq oluna bilər, amma daha çox Rusiyanın əlinə keçməməsi üçün Türkiyəyə çox təzyiq göstərməyəcəklər. Türkiyəni daha çox NATO üzvü bir dövlət, bir müttəfiq olaraq geri qaytarmaya çalışacaqlar, ABŞ-ın birbaşa maraqlarına cavab verən Yaxın Şərqdəki Türk siyasətini də dəyişdirməyə çalışacaqlar”

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Baydenin prezidentliyi dövründə gözlənilən Rusiya-ABŞ gərginliyi Ermənistanı da vuracaq

2021/01/00-86-1611730370.jpg
Oxunub: 2537     17:33     27 Yanvar 2021    