“Hraparak” nəşri yazır ki, həkimlər bunları reseptə daxil edirlər, lakin poliklinikalar bunları vermir, çünki bahalı dərmanlar üçün dövlətin məbləği yoxdur.
“Bu xərc yaralı erməni əsgərlərin ailələrinin və ya xeyirxah insanların üzərinə düşür.
Suqovuşanda odlu silah yarası almış Samvel Nikoğosyan əvvəlcə “Zeytun”, daha sonra “Muratsan” hospitalında müalicə aldıqdan sonra sonrakı müalicəsini evdə davam etdirmək şərti ilə çıxarılıb.
Samvel üçün yazılmış reseptə üç dərman adı daxil edilib, onlardan biri “ксарелто” dərmanıdır, bahalı dərmandır.
Bir həbin qiyməti 1000 dramdır, Manvel isə bunu ala bilmir”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az