“Elbit System” Asiya ölkəsinə yüngül tanklar ixrac edəcək

2021/01/Elbit-1611742348.jpg
Oxunub: 544     15:03     27 Yanvar 2021    
İsrail “Elbit Systems” müdafiə şirkəti Asiya-Sakit okean bölgəsində yerləşən ölkələrdən birinə yüngül tanklar ixrac edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 3 il ərzində həyata keçiriləcək müqavilənin ümumi dəyəri 172 milyon ABŞ dollarıdır.

Tankların hansı ölkəyə ixrac ediləcəyi barədə məlumat verilməyib.

İxrac olunacaq tankların “General Dynamics European Land Systems” şirkəti tərəfindən istehsal olunan ASCOD platformasına əsaslanan “Sabrah” yüngül tanklarının olduğu bildirilir.

30 tonluq “Sabrah” yüngül tankları güclü atəş tutumu və yüksək manevr qabiliyyətini özündə birləşdirir. Tanklara 105 mm-lik qüllə və şirkətin elektro-optik sistemləri, atəş idarəetmə sistemləri, TORCH-XTM döyüş idarəetmə sistemləri, E-LynXTM proqramı ilə müəyyənləşdirilmiş radio sistemləri və digər sistemlər quraşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Asiya  

“Elbit System” Asiya ölkəsinə yüngül tanklar ixrac edəcək

2021/01/Elbit-1611742348.jpg
Oxunub: 545     15:03     27 Yanvar 2021    