Türkiyə Ermənistana yeni bir sövdələşmə təklif edir? - İCMAL

2020/09/16001-1600157758.jpg
Oxunub: 1335     12:41     27 Yanvar 2021    
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Dağlıq Qarabağda davamlı atəşkəsin qorunması halında, Türkiyə və Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata biləcəyini təkrarlayıb. Belə bir açıqlama ilə Çavuşoğlu, Almaniyalı həmkarı Heiko Maas ilə ortaq mətbuat konfransında çıxış edib.

“Bu potensial vacib fürsəti qaçırmaq olmaz. Atəşkəs uzunmüddətli olarsa, Türkiyə və Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində addımlar atacaqlar. Bu prosesi Azərbaycanla əlaqələndirəcəyik”, - deyə Çavuşoğlu qeyd edib.

Beləliklə, rəsmi Ankara Ermənistanla münasibətlərin normallaşmasını istisna etmir. Çavuşoğlu hansı halda bunun baş verə biləcəyinə aydınlıq gətirir: “Atəşkəs uzunmüddətli xarakter daşıyarsa, o zaman Türkiyə və Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa yönəlmiş addımlar ata bilər”.

Türk diplomatlar yaxın gələcəkdə Avropa İttifaqının digər bir lider ölkəsi olan Fransa ilə münasibətləri normallaşdırmağın mümkün olacağına böyük ümid bəsləyirlər. Hər halda, bunu Parisin atdığı son addımlar sübut edir.

Keçən həftə sonu Türkiyə mətbuatı Fransa prezidenti Emanuel Makronun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktub barədə məlumat yaydı. Türk mənbələrinə görə, Makron “Hörmətli Tayyib” sözləri ilə başlayan bu məktubunda Ankara ilə Paris arasındakı münasibətləri dərinləşdirməyə hazır olduğunu dilə gətirib.

Türkiyə Xarici İşlər Nazirinin sözlərinə görə, Ərdoğan və Makron yaxın gələcəkdə əsas mövzular yalnız ikitərəfli münasibətlər deyil, eyni zamanda bir sıra regional məsələlər, xüsusilə Suriya və Liviyadakı hadisələr olacaq uzaq məsafəli (videogörüş formatı) danışıqlar apara bilərlər.

Başqa sözlə desək, Türkiyə son zamanlarda olduqca gərginləşən Fransa ilə münasibətini yumşalda bilər və bunun qarşılığında Fransa da Türkiyə və Ərdoğana qarşı mövqeyini yumşalda bilər.

Belə olan halda, Türkiyənin Qərbə doğru manevrlərinə cavab olaraq Rusiyanın hansı mövqe tutacağı əhəmiyyət kəsb edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Ermənistan  

Türkiyə Ermənistana yeni bir sövdələşmə təklif edir? - İCMAL

2020/09/16001-1600157758.jpg
Oxunub: 1336     12:41     27 Yanvar 2021    