Azərbaycan və Türkiyənin postsovet məkanındakı aktivliyi İrəvanı təşvişə salıb

2021/01/Untit-1611038880.jpg
Oxunub: 1237     17:00     26 Yanvar 2021    
Azərbaycan və Türkmənistan Xəzər dənizində iki ölkə arasındakı sərhəddə otuz ildən çoxdur mübahisələrə səbəb olan böyük bir karbohidrogen yatağının birgə işlənməsi barədə razılığa gəldilər. Bu yatağın ehtiyatları 50-100 milyon ton neft və 30 milyard kubmetr qaz ehtiyatı kimi qiymətləndirilir.

Bu yaxınlarda Bakı və Aşqabad mədəndə birgə kəşfiyyat aparmaq və istismar etmək üçün bir anlaşma memorandumu imzaladı. Sənədi iki ölkənin Xarici İşlər nazirləri imzaladılar.

Memorandumun imzalanması münasibətilə Azərbaycan və Türkmənistan Prezidentləri İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov bir-birlərini səmimi qəlbdən təbrik edərək video konfrans formatında görüş keçirdilər. Sənədin imzalanmasını tarixi əhəmiyyət olaraq qiymətləndirən Berdiməhəmmədov, bunun Türkmənistanla Azərbaycan arasında Xəzər dənizində enerji əməkdaşlığında yeni iş yerləri olduğunu və böyük xarici axınlara yol açacağını, iqtisadi inkişafa güclü təkan verəcək yeni bir mərhələ olduğunu bildirib.

Mədənin birgə istismarı ilə bağlı məsələnin 2020-ci ilin martında Bakıya səfəri zamanı razılaşdırıldığını, mədənə “Dostluq” adını verməyə qərar verdiklərini xatırladıb. Əvvəllər Azərbaycan bu mədəni “Kəpəz”, Türkmənistan isə “Sərdar” adlandırırdı.

Azərbaycan Prezidenti İlham Əliyev memorandumun imzalanmasını tarixi hadisə adlandırıb. Türkmənistan Prezidentinə qardaş deyərək, epidemiya səbəbiylə imza mərasimində fiziki olaraq iştirak etmədiklərinə görə təəssüfləndiyini qeyd edib. Prezident bildirib ki, Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizində iki ölkənin qonşularının enerji təhlükəsizliyinə töhfə verəcək, böyük ixrac imkanları açacaq, türkmən və azərbaycanlı xalqların rifahını artıracaq bir enerji mədənini istismar etmək üçün birlikdə çalışırlar.

Bu mədən 1959-cu ildə kəşf edilib, 1986-cı ildə burada qazma işləri aparılıb, lakin Sovet İttifaqının dağılmasından sonra iki müstəqil ölkə arasında fikir ayrılıqları yaranıb.

1997-ci ildə Azərbaycan Rusiyanın “Lukoil” və “Rosneft” şirkətləri ilə birgə istismarına dair müqavilə imzalamışdı, lakin rəsmi Aşqabadın hərəkətləri səbəbindən yerinə yetirilməmiş qalmışdı. 1998-ci ildə etirazlar nəticəsində eyni aqibət Türkmənistan hökuməti ilə Amerikanın “Mobil” şirkəti arasında imzalanan müqavilə icrasız qalmışdı.

2008-ci ildə Bakı ilə Aşqabad arasında bir razılaşma imzalanmışdı ki, bu razılaşmaya əsasən status müəyyənləşənədək mədəndə heç bir geoloji-kəşfiyyat işi aparılmayacaqdı. Tərəflər arasındakı fikir ayrılıqları bəzən gərginliyə də çevrilirdi. 2008-ci ilin yayında patrul xidməti yerinə yetirən Azərbaycan hərbi gəmisi mübahisəli əraziyə daxil olan Türkmənistan gəmisini xəbərdar etmişdi. Bakı Türkmənistan gəmisinin kəşfiyyat işi apardığını, Aşqabadın həmin ildə imzalanan müqaviləni pozduğunu bildirərək rəsmi olaraq Aşqabada etiraz notası göndərmişdi. Türkmənistan da öz növbəsində Azərbaycanı öz gəmisinə qarşı qanunsuz hərəkətlər etməkdə günahlandırmış, gəminin Azərbaycana aid olmayan bir bölgədə seysmik iş apardığını bildirmişdi.

İndi, əslində, Azərbaycan və Türkmənistan mədəni birgə araşdırmaq və istismar etmək barədə razılığa gəliblər, digər detallar hələ məlum deyil, xüsusən mədənin təbii sərvətlərinin hansı istiqamətə ixrac ediləcəyi planlaşdırıldığı bəlli deyil.

Erməni mətbuatı yazır ki, Azərbaycan və Türkiyənin postsovet respublikalarında öz təsirlərini artırmasının müşahidə edilməsi maraqlıdır, bu da Rusiya üçün qətiyyən məqbul görünməməli idi: “Ancaq görürük ki, bugünkü Rusiya səssiz və sakit bir şəkildə Ərdoğanın Turan layihəsini həyata keçirməyini sadəcə izləməklə kifayətlənir”.

Məsələn, keçən yaz Türkiyənin Qazaxıstana uzaqdan idarə olunan hərbi modullar tədarük edəcəyi məlum oldu. Türkiyənin ən böyük hərbi-sənaye şirkəti “Aselsan”, hərbi texnika tədarükü üçün Qazaxıstanla yeni bir müqavilə imzalayıb. Müqavilə “Aselsan” tərəfindən istehsal olunan “Sarp Dual” uzaqdan idarə olunan hərbi modulların tədarükünu nəzərdə tutur. Bu modullar müxtəlif quru və dəniz platformalarında quraşdırıla bilər.

Türkiyə mətbuatının yazdığına görə, “Sarp Dual” modulları artıq 20-yə yaxın ölkənin silah arsenalında yer alıb. Türk “Aselsan” şirkəti və Qazaxıstandakı ortağı “Aselsan Engineering” şirkəti Qazaxıstanı kifayət qədər hərbi modulla təmin etmək üçün istehsalını genişləndirməyi planlaşdırır.

2019-cu ilin yazında Qazaxıstan və Türkiyə arasında hərbi əməkdaşlıq memorandumu imzalanıb. Söhbət bir illik hərbi əməkdaşlıq memorandumundan gedirdi. Memorandum iki ölkənin müdafiə nazirliklərinin görüşündən sonra imzalanıb. Yeri gəlmişkən, hərbi əməkdaşlıq sferası hərbi kəşfiyyat, kibertəhlükəsizlik və digər sahələri də əhatə edir.

Erməni mətbuatında dərc olunan məqalədə qeyd olunur ki, Türkiyənin son illərdə Qazaxıstandakı təsirinin nə dərəcədə güclənməsi ayrı bir məsələdir.

“Fakt budur ki, Putinin səbrinin tükənməz olduğu görünür. Onun nümayiş etdirdiyi dözümlülüyünün başqa bir izahı yoxdur”, - deyə məqalənin müəllifi qeyd edib.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Azərbaycan  

Azərbaycan və Türkiyənin postsovet məkanındakı aktivliyi İrəvanı təşvişə salıb

2021/01/Untit-1611038880.jpg
Oxunub: 1238     17:00     26 Yanvar 2021    