Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiyanın yanvar ayının 23-nə olan məlumatı

2020/12/16090-1609085105.jpg
Oxunub: 404     16:21     23 Yanvar 2021    
Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 23-ü tarixi də daxil olmaqla 4214 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə 1084 vətəndaşın müraciətinə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 966 müraciəti yerində həll olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   MN  

Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiyanın yanvar ayının 23-nə olan məlumatı

2020/12/16090-1609085105.jpg
Oxunub: 405     16:21     23 Yanvar 2021    