Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Andri Taran Ukraynanın raket və kosmik sənayesinin strateji müəssisələrinin rəhbərləri ilə görüş zamanı danışıb.
Taranın sözlərinə görə, nazirlik son vaxtlar ölkənin raket qalxanının yaradılması üzrə işləri artırıb.
Nazir Ukrayna Silahlı Qüvvələri üçün raket və raket sistemləri sahəsində perspektivli inkişaflarda maraqlı olduğunu bildirib.
“Bu məqsədlə Müdafiə Nazirliyi Ukraynanın raket proqramı üçün maliyyəni genişləndirməyə hazırdır”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az