Moskva Ermənistanı müharibəni təşviq etməkdə günahlandırır

2021/01/sfafa-1611212645.jpg
Oxunub: 967     12:19     23 Yanvar 2021    
Rusiya tərəfindən illər əvvəl hazırlanan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll konsepsiyası münaqişənin güc tətbiq olunmadan həll olunmasına imkan verirdi. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev “Rossiyskaya Gazeta”ya verdiyi müsahibəsində deyib.

O, Rusiyanın hər zaman bütün tərəflərin maraqlarını nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu vurğulayıb. Onun sözlərinə görə, 2016-cı ildə Rusiya Xarici İşlər Nazirliyi son şəkli 2019-cu ildə tərəflərə təqdim olunmuş Qarabağ ətrafındakı vəziyyətin mərhələli həll konsepsiyasını hazırlayıb.

“Bu təkliflər həyata keçirilsəydi, Qarabağdakı mülki əhalinin normal fəaliyyətini bərpa etməsi üçün şərait yaradılacaq və Azərbaycan güc tətbiqinə əl atmadan itirdiyi ərazilərini geri qaytaracaqdı”, - deyə Nurqaliyev bildirib.

Nurqaliyev konsepsiyanın beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsindən sonra ilk mərhələdə 5 bölgənin Azərbaycana qaytarılmasını, Dağlıq Qarabağa hakimiyyət orqanları və özünümüdafiə qüvvələri yaratmaq hüququ verdiyini, həmçinin bölgənin Azərbaycan tərəfindən mühasirəsinə son qoyulmasını nəzərdə tutduğunu açıqlayıb.

İkinci mərhələdə beynəlxalq normalara uyğun olaraq referendum yolu ilə baş tutacaq Dağlıq Qarabağın hüquqi “statusu”nun dəqiqləşdirilməsi ilə yanaşı iki rayonun da Bakının nəzarətinə təhvil verilməsi planlaşdırılırdı. Dağlıq Qarabağla Ermənistan arasında nəqliyyat əlaqəsini təmin etmək üçün Laçın bölgəsində dəhliz saxlanılması da planlaşdırılmışdı.
“Bu təkliflər ATƏT-in Minsk qrupu, Ermənistan və Azərbaycan liderlərinin iştirak etdiyi danışıqlar prosesinin əsas mövzusu idi. Nikol Paşinyanın İlham Əliyevlə birbaşa dialoqu 2020-ci ilə qədər dayanmadan davam etdirib, lakin təəssüf ki, tərəflər tam razılığa gələ bilmədilər”, - deyə rus məmur bildirib.

Göründüyü kimi, Rusiya müharibənin başlaması və sülh danışıqlarında razılığa gəlməməsinə görə Ermənistan hökumətini günahlandırmaqla davamlı olaraq mövzunu gündəmdə saxlayır.

Erməni mətbuatı yazır ki, fakt budur ki, bu gün Paşinyanın səriştəsiz rəhbərliyi sayəsində erməni tərəfi müharibənin tərəfdarı, qeyri konstruktiv bir tərəf olub.

“Ermənistanın strateji müttəfiqi olan Rusiya, bizi müharibəyə təhrik etməkdə günahlandırır, Azərbaycan və Türkiyə daha çox ədalətli mövqedə olur, bax bunlar Paşinyan hakimiyyətinin bəhrəsidir.

Paşinyan tərəfindən imzalanmış təslim sənədindən bizə kifayət etmədi, üstəlik, müharibədən sonra Ermənistan müharibəyə səbəb olduğu barədə ittihamları eşitməlidir, çünki danışıqlarda Azərbaycanla razılığa gəlməyib”, - deyə məqalədə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan  

Moskva Ermənistanı müharibəni təşviq etməkdə günahlandırır

2021/01/sfafa-1611212645.jpg
Oxunub: 968     12:19     23 Yanvar 2021    