Paşinyan kinayəli istehzaya davam edir

2021/01/z9uqp-1611385812.jpg
Oxunub: 1198     16:50     23 Yanvar 2021    
Erməni mətbuatında dərc olunan məqalələrdən birində qeyd olunur ki, erməni millətinin başına ən böyük fəlakətin gəlməsinə səbəb olan “soyqırım” qatili Nikol Paşinyan və onun hakimiyyət mənsubları elə zənn edir ki, cinayətlərini həzm edə biliblər və hər şeyə görə keçmiş hakimiyyəti günahlandıraraq yenidən köhnə mahnını oxumağa başlayıblar.

Məqalənin müəlifi yazır ki, Ermənistan parlamentində hökumətlə sual-cavab iclasında Nikol Paşinyan bu çərçivədə yeni bir rekorda imza atdı, on mərtəbəli manipulyasiyalarla sudan quru çıxmağa çalışdı və hətta bu dəhşətli müharibənin viran qalan xarabalıqlarına görə özündən başqa hər kəsi günahlandırdı.

“Əvvəllər belə həcmdə əsirlərin geri qaytarılması olmamışdı”, - deyə “Parlaq Ermənistan” fraksiyasının deputatı Qevork Qorqisyanın əsirlər barədə sualına cavabında Paşinyan bildirib.

Deputat əsirlərin qaytarılması məsələsinin prioritet olduğunu bəyan edərək Paşinyanın Moskvaya getdiyini xatırlatdı, amma bu istiqamətdə heç nə əldə edilmədiyini vurğuladı.

“Bu, artıq Ermənistan-Azərbaycan danışıqlarında Ermənistanın maraqlarını müdafiə edə bilməyəcəyinizi sübut edir”, - deyə Qorqisyan Paşinyana getməsini və bu ağrılı məsələni həll edə biləcək qüvvələrə yol verməsini təklif edib.

Paşinyan bunu eşidən kimi müxalifəti məsələni manipulyasiya etməkdə günahlandırıb: “Niyə həmin bu sual parlamentdə uzun illərdir qaldırılmır və əvvəlki hökumətlərə ünvanlanmır, niyə onlara danışıqlara getdiniz, Qarabağ məsələsini həll edə bilmədiniz, bəs niyə indi istefa etmirsiniz deyilmədi?”.

Nikol Paşinyanın əsas demək istədiyi bu idi: “Bəs, niyə Serjin dövründə soruşmadınız” və fəxr edir ki, onun hakimiyyəti dövründə Ermənistana əvvəlkilərdən daha çox əsir geri qaytarılıb.

Müəllif qeyd edir ki, Paşinyan bu müharibə və bundan öncəki müharibə nəticəsində baş verənlərin miqyasını və müqayisə olunmazlığını dərk edir, lakin cəmiyyətin bir hissəsini bilərəkdən səhv yola yönəldir.

“Ermənistan faciəsinə, Qarabağın itirilməsinə, 10 mindən çox insanın ölümünə, minlərlə insanın yaralanmasına, əsir və itkin düşməsinə səbəb olan bir adam əsirlər istiqamətində aparılan işlərdən özünə güvən və kinayəli istehza ilə danışır.

Keçmiş hakimiyyət xəstəliyinə tutulmuş bu soyqırım qatili, əlbəttə ki, əvvəllər heç vaxt bu qədər əsir götürülmədiyini, 90-cı illərdəki əsirlərin geri qaytarılmasının “hamıya hamı” prinsipi ilə lazımınca həyata keçirildiyini, müxalifətin boğazından yapışaraq əsirlərin geri qaytarılmasını tələb edəcəyi qədər bir soyqırım hökumətinin olmadığını deyə bilməzdi. Nəhayət, əvvəllər havada, suda və ya quruda danışmaq və özünü ifadə etmək fürsəti olan müxalifətçi bir Nikol Paşinyan vardı, amma bu qədər əsir məsələsi ilə maraqlandığı bir hadisəni xatırlamırıq. Nikol Paşinyanın narahatlıqları indi vətəndaşlardan pul qopardığı sürətölçənlərdən və qırmızı xətlərdən kənara çıxmırdı.

Ümumiyyətlə, Qorqisyanın xatırlatdığı kimi, 9 noyabr sənədində təsbit edilmiş əsirlərin qaytarılması məsuliyyətini Nikol Paşinyan şəxsən öz üzərinə götürmüşdü. İqtidarsızlığı və Əliyevin qulu olduğu üçün bu gün kimdən və nədən şikayət etdiyini öyrənmək psixoloqlara aiddir. Ancaq Paşinyanın bu məsələni həll edə bilməməsi, üstəlik, hökumətin açıq şəkildə bir iş görməməsinə görə, danışıqlar və digər yollar tükəndiyi təqdirdə, hökumət nümayəndələri əsir düşmüş soydaşlarımızla bir-bir dəyişdirilməlidir.

Növbəti absurd addım isə müharibənin məğlubiyyətinə görə müxalifətin günahlandırılması oldu. “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Arayik Ağababyan keçmiş bütün müharibələrdə iştirak etdiyi təəssüratlarını bölüşdü və sonuncu müharibədən yaranan təəssüratın isə qəsdən məğlub olmağa sürkləndikləri, bunun üçün bütün əlverişli şərait yaradıldığını qeyd edib. Hüquq-mühafizə orqanları cibində olan Nikol Paşinyan da inamlı şəkildə, faktlarınız varsa, gedib ifadə verin deyə bildirdi. Daha sonra öz brendinə çevrilmiş əsəbi tonda qışqırmağa başlayaraq, Tsarukyanın könüllü dəstəsinin harada olduğu, döyüş meydanına niyə çatmadığı barədə, sadəcə şəkil çəkdirdilər və məsələni bağladılar, deyə ittihamlarla çıxış etməkdə davam edib. Əlbətdə ki, müxalifətçi millət vəkili iradlara qarşı çıxdı, dəstənin getdiyinə, sadəcə geri göndərildiklərinə diqqət çəkməklə, bunun məğlubiyyətlə nə əlaqəsinin olduğunun o qədər də aydın olmadığını vurğulayıb. Tsarukyan nə ordu komandiri, nə də dəstəsi müharibədə bir dönüş edəcək elit hissələrimizdən biri deyildi.

“Çiçəklənən Ermənistan” Partiyasının üzvü Artur Dallakyan da, “bir kişi, kişiyə müraciət edərmiş kimi” müdaxilə edib: “Tarix həmişə çox vacib bir şey söyləyib. Bu gün hamımız başa düşürük ki, siz Ali Baş Komandan olaraq, məğlub bir komandansınız. Bu başa düşüləndir. Belə hallarda baş komandanın nə etməsi lazım olduğunu tarix deyir, mən deməməliyəm. Siz Xankəndinə getməyə hazırlaşırsınız, ya yox, bilmək istəyirəm. əgər gedəcəksinizə, bütün keçmiş əraziləri ilə bizim şəhərimiz olduğunu və Qarabağın Ermənistan olduğunu qəbul edirsiniz? Bir kişi olaraq sizdən cavab almaq istəyirəm, konkret olaraq, sizin üçün Qarabağ Ermənistandır, ya yox?”

Paşinyan qanedici düşüncəsini ifadə etmək əvəzinə bir yığın söz atdı: “Mən mövqeyimi açıq şəkildə bildirmişəm, Qarabağ hərəkatının bütün məntiqi və məqsədi qeyd etdiyiniz cümlədə ifadə olunur. Daha əvvəl də dediyim kimi, bugünkü vəzifəmiz Ermənistan və Qarabağ ətrafında sabitlik və təhlükəsizliyi təmin etməkdir, bu təhlükəsizlik və sabitliyin təmin olunması üçün bütün addımlar atılacaq””, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan  

Paşinyan kinayəli istehzaya davam edir

2021/01/z9uqp-1611385812.jpg
Oxunub: 1199     16:50     23 Yanvar 2021    