Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Yervand Varosyan “Facebook” səhifəsində yazıb.
“Aydın hər halda türk idi. Və bir gün ayağa qalxdı və dedi ki, biz yanılırıq, İrəvan türkündür, İnandırmağa başladı ki, İrəvanda yerli əhali onlardırlar, biz isə gəlməyik və hələ minnətdar olmalıyıq ki, bizi İrəvanda sakit yaşamağa qoyurlar.
Sonra Nikol gəldi və mən 32 il ərzində ilk dəfə Aydını xatırladım, çünki Aydın Nikol nəticəsində bizim məhəlləmizə qayıda və deyə bilər ki, o, haqlı idi, biz yanıldıq”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az