“Biz müavinlər haqqında danışırıq, lakin eyni şeyi bəzi qeyd-şərtlərlə Müdafiə naziri barədə də demək olar. O, artıq 2 aydır nazirdir, lakin öz sahəsində baş verən proseslərdən xəbərsizdir və bu ana qədər prioritetlərini və addımlarını açıqlamayıb”.
Ordu.az xəbər verir ki, bunu qondarma qurumun keçmiş “nümayəndəsi” Tiqran Abrahamyan deyib.
“Bu təyinatlar xatırladır ki, hakimiyyət ümumiyyətlə müdafiə sistemində baş vermiş problemləri və ediləcəkləri təsəvvür etmir. Əlbəttə, ikinci variant da var, düşünülmüş şəkildə sistemi devalvasiya və məhv olma yolu ilə aparır”, - deyə Abrahamyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin hazırda bir məqsədi var: məğlubiyyətə haqq qazandırmaq və baş verənin cəmiyyət tərəfindən həzminə nail olmaq.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran