Yanvarın 22-də stansiyanın modernləşdirilməsi işlərinin həyata keçirilməsinin gedişatı ilə tanış olmaq məqsədilə Ermənistan Ərazi İdarəetmə və İnfrastrukturlar naziri Suren Papikyan və Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkinin “Metsamor” Atom Elektrik Stansiyasına səfəri baş tutub.
Ordu.az xəbər verir ki, Papikyan Ermənistan hökumətinin stansiyanın fəaliyyətini uzatmaq niyyətində olduğunu qeyd edib.
“Hökumət atom stansiyasının istismarını ən azı 2036-cı ilə qədər uzatmaq niyyətindədir”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
AES