102-ci hərbi bazanın 25 yaşlı hərbi qulluqçusu ölüb

2021/01/sss-1611382782.jpg
Oxunub: 757     10:18     23 Yanvar 2021    
Bu gün Ermənistanın Şirak vilayətində avtoqəza baş verib.

Ordu.az xəbər verir ki, saat 03:40 radələrində Rusiya Federasiyası vətəndaşı 25 yaşlı Leonid Xomyakov idarə etdiyi "Opel" markalı avtomobillə Gümrü şəhərinin Bulvar küçəsi nömrə 10 ünvanının qarşısında həmin küçənin sakini, 83 yaşlı Seryoja Hakobyana məxsus "Kamaz" markalı avtomobilə birləşdirilmiş qoşqunun arxa hissəsinə çırpılıb.

Çırpılma nəticəsində "Opel"də yanğın baş verib. Xilasedicilər avtomobildə yaranan yanğını söndürüblər, sürücünün kül olmuş meyitini tapıblar.

Məlumata görə, L.Xomyakov Gümrüdə yerləşən Rusiya hərbi bazasında xidmət edirdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Qəza   Rusiya  

102-ci hərbi bazanın 25 yaşlı hərbi qulluqçusu ölüb

2021/01/sss-1611382782.jpg
Oxunub: 758     10:18     23 Yanvar 2021    