Ordu.az xəbər verir ki, bu barədə PUA-ların istehsalçısı olan TUSAŞ şirkəti məlumat yayıb.
SARPER+ radarları dənizdə və quruda hədəfləri uzaqdan aşkarlamaq və analiz etmək, hərəkət edən hədəfləri aşkarlamaq və izləmək qabiliyyətinə malikdir.
Avtomatik identifikasiya sistemi isə yüzlərlə mil məsafədə bütün dəniz elementlərinin məlumatlarını aşkar edə bilir.
Qeyd edək ki, bu günə qədər Türkiyə ordusuna 25 ANKA PUA-sı təhvil verilib. Bu yaxınlarda Tunis bu PUA-ların ilk xarici müştərisi olub.
Sevinc Əliyeva
Ordu.az