BƏƏ F-35 döyüş təyyarələri alması barədə xəbərləri təsdiqləyib

2018/10/45645-1539349905.jpg
Oxunub: 383     11:18     23 Yanvar 2021    
Xəbər verdiyimiz kimi, “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yaymışdı ki, ABŞ-ın yeni Prezidenti Co Baydenin andiçməsindən bir neçə saat əvvəl Donald Tramp BƏƏ ilə F-35 döyüş təyyarələrinin, “Reaper” PUA-larının və sursatların tədarükü barədə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, BƏƏ-nin Vaşinqtondakı səfirliyi veb saytında yayımlanan açıqlamada müqavilənin imzalanması barədə xəbərləri təsdiqləyib.

Açıqlamada qeyd olunur ki, BƏƏ və ABŞ müqavilənin texniki şərtlərini və tədarük müddətini razılaşdırıb.

Bayden adminstrasiyası müqaviləni yenidən nəzərdən keçirəcəyini bildirib.

Səfirlik bildirib ki, müqavilələrə 10.4 milyard dollar dəyərində 50 ədəd F-35A döyüş təyyarəsi, 2.97 milyard dollar dəyərində 18 ədəd MQ-9B PUA-ları və 10 milyard dollar dəyərində müxtəlif döyüş sursatları daxildir.

“Reuters” təyyarələrin 2027-ci ilədədək BƏƏ-yə çatdırılacağını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   BƏƏ   F-35  

BƏƏ F-35 döyüş təyyarələri alması barədə xəbərləri təsdiqləyib

2018/10/45645-1539349905.jpg
Oxunub: 384     11:18     23 Yanvar 2021    