ABŞ Senatı Austinin Müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləyib

2021/01/getty-1611378877.jpg
Oxunub: 345     09:33     23 Yanvar 2021    
ABŞ Senatı ehtiyatda olan 67 yaşlı general-leytenant Lloyd Austinin Müdafiə naziri (Pentaqon rəhbəri) vəzifəsinə namizədliyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, 93 senator onun namizədliyinə, 2-si isə əleyhinə səs verib.

Austin 2016-cı ildə təqaüdə çıxıb. O, Almaniyada və ABŞ-ın bir çox ştatlarında xidmət edib.

2010-cu ildə ABŞ-ın İraqdakı qüvvələrinin komandiri kimi qoşunların ölkədən tədricən geri çəkilməsinə məsul olub.

2011-ci ilin dekabrında Quru Qoşunları Baş qərargah Komandanının müavini təyin edilib.

2013-2016-cı illərdə ABŞ Mərkəzi Komandanlığına rəhbərlik edib. Bu vəzifədə Vaşinqtonun İŞİD-lə mübarizə strategiyasının inkişaf etdirilməsində əsas rol oynayıb.

2016-cı ildə təqaüdə çıxdıqdan sonra ən böyük silah istehsalçısı “Raytheon”un İdarə Heyətində vəzifə alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Pentaqon  

ABŞ Senatı Austinin Müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləyib

2021/01/getty-1611378877.jpg
Oxunub: 346     09:33     23 Yanvar 2021    