“Britaniya ərazilərin minalardan təmizlənməsində köməklik göstərə bilər” - Səfir

2021/01/ceyms-1611318616.jpg
Oxunub: 484     15:59     22 Yanvar 2021    
Yanvarın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, səfir Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini bildirib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniya azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Britaniya   Azərbaycan  

“Britaniya ərazilərin minalardan təmizlənməsində köməklik göstərə bilər” - Səfir

2021/01/ceyms-1611318616.jpg
Oxunub: 485     15:59     22 Yanvar 2021    