Ermənistanın Ərazi İdarəetmə və İnfrastrukturlar nazirinin müavini Hakob Vardanyan bildirib ki, müharibə nəticəsində Qarabağda energetika sisteminə böyük itkilər verib.
“Haykakan jamanak” nəşri yazır ki, 36 SES-dən yalnız 6-sı erməni tərəfində qalıb.
“Söyləmək olar ki, itirilmiş SES-lər yarımstansiyalarla birlikdə təxminən 200 milyon dollara çata bilər: hamısı özəl mülkiyyət olub”, - deyə Vardanyan maddi ziyan haqqında danışaraq qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az