ABŞ Qarabağla bağlı hesabatla geri dönür?

2021/01/jo-1611311950.jpg
Oxunub: 1274     17:29     22 Yanvar 2021    
Yanvarın 20-də 78 yaşlı Co Bayden ABŞ prezidenti vəzifəsini üzərinə götürəcək. Demokratik administrasiyanın Ağ Evə qayıtmasından sonra Ermənistan və ABŞ arasında münasibətlərdə dəyişiklik gözləmək lazımdır?

Ermənistan Baş nazirinin müavini Mheri Qriqoryan bu yaxınlarda ABŞ səfiri Lin Treysi ilə görüşüb. Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, ABŞ səfiri ABŞ-ın strateji islahatları, xüsusilə də ədalət sahəsindəki islahatları dəstəkləməyə hazır olduğunu bildirib.

ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında qeyd olunur ki, ABŞ hökumətinin müharibə nəticəsində zərərçəkənlərə dəstəyi və əsirlərin təhlükəsiz şəkildə geri qaytarılmasına yönəlmiş səyləri müzakirə olunub.

Ermənistan hökuməti ABŞ-ın yardım təklifini qəbul edib?

“Lragir” nəşri yazır ki, dərc olunmuş bəyanatda bu barədə heç bir məlumat yoxdur, baxmayaraq ki, mövcud vəziyyətdə bu, az mümkündür.

“Rusiya və Türkiyə “Minsk” prosesini inhisara alıb. 2020-ci ilin payız müharibəsi təhlükəsizlik sahəsindəki təktərəfli yanaşmanın və şaxələndirilmədən imtina etmənin nəyə gətirib çıxara biləcəyini göstərsə də, İrəvan rus-türk oxundan çıxa bilmir və ya çıxmaq istəmir.

Ermənistan ABŞ-da demokratik idarəetmə dövründə Vaşinqtonla daha sıx əməkdaşlıq etməkdən çəkinəcək? Bayden administrasiyası aktiv siyasət yürütməyən Ermənistanla əməkdaşlıq etmək istəyini bildirəcək? Keçən ilin sonunda əksəriyyətinin demokratlar olduğu ABŞ Konqresi pandemiya şəraitində ölkə iqtisadiyyatına dəstək üçün bir paket qəbul edib.

“Ermənistan və Azərbaycan arasında gərginliyin qiymətləndirilməsi” başlıqlı bölmədə qeyd olunur ki, qanun layihəsi qüvvəyə mindikdən sonra 90 gündən gec olmayaraq ABŞ Milli Kəşfiyyatının direktoru Konqresə Ermənistan və Azərbaycan arasındakı gərginlik, o cümlədən Qarabağın statusu barədə yazılı qiymətləndirmə təqdim etməlidir.

Eləcə də ABŞ və regionda onun müttəfiqlərinin strateji maraqlarının aydınlaşdırılması, 2020-ci ildə Qarabağ ətrafında və Ermənistan-Azərbaycan sərhədində hansı tərəfin birinci güc tətbiq etdiyinə dair güc tətbiqinin bütün əlamətdar hallarının təsviri, ABŞ-ın Azərbaycan və Ermənistana verdiyi hərbi yardımın təsirinin qiymətləndirməsi və bölgədə mümkün qeyri-sabitləşmə ehtimalı nəzərdən keçiriləcək.

Ermənistan ABŞ-ın bölgəyə marağının mümkün artmasına necə yanaşır? Bir neçə il əvvəl ABŞ-ın Ermənistandakı səfiri Ermənistan iqtisadiyyatına 8 milyard dollar sərmayə yatırmağın mümkünlüyü barədə danışırdı, 2018-ci ilin dekabrında isə İrəvana gəlmiş ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Bolton Ermənistana Rusiya yox, Amerika silahı almağı təklif etmişdi.

Bolton eyham vururdu ki, İrəvan Qarabağ məsələsində çətin qərarlara getməlidir, xüsusən də ərazi güzəştləri ilə razılaşmalıdır.

2020-ci il müharibəsindən sonra bölgədəki vəziyyət dəyişib, “çətin qərarlar”ı izləyirlər və Ermənistan hökuməti “investisiya bumu”nu proqnozlaşdırır. Ancaq Moskva çətin ki, Ermənistana investisiya yatırmağa hazır olsun.

Ermənistanın keçmiş Baş nazirinin müavini Armen Gevorqyanın qeyd etdiyi kimi, Ermənistan iqtisadiyyatına böyük sərmayələr yatırmaq Rusiya üçün çətindir. Bu səbəbədən, Gevorqyanın bildirdiyi kimi, istisna olunmur ki, uzunmüddətli sülhün təsdiq edilməsi və təhlükəsizlik zəmanətləri şüarı altında gələcəkdə Ermənistanda türk iqtisadi ekspansiyası başlayacaq.

Bu fonda ABŞ Ermənistanla Strateji Dialoqu aktivləşdirə bilər?”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Qarabağ  

ABŞ Qarabağla bağlı hesabatla geri dönür?

2021/01/jo-1611311950.jpg
Oxunub: 1275     17:29     22 Yanvar 2021    