“Lragir”: “Meğri dəhlizi” yenidən açılacaq

2021/01/27879-1611311606.jpg
Oxunub: 1070     16:32     22 Yanvar 2021    
Ermənistanda parlament-hökumət sual və cavabı zamanı Nikol Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının deputatı İveta Tonoyanın Kərki kəndi ilə bağlı sualına açıq şəkildə cavab verməyib. Sakinlərdən həyəcan təbili var ki, kənd Azərbaycana təhvil veriləcək.

Nikol Paşinyan nəinki cavab verməyib, həmçinin “başqa ərazilər”ə düşüb: “Məsələn, həmin dediyiniz Tavuşda və ya Vayots Dzor, Ararat vilayətlərində bu günə qədər Azərbaycanın nəzarəti altında olan erməni əraziləri var. Yaxud həmin Artsvaşen məsələsi. Niyə bu məsələləri qaldırmırsınız?”.

“Lragir” nəşri yazır ki, Paşinyan bu məsələləri qaldırmaq üçün siyasi qüvvələrdən yardım gözləyir, çünki o bunu edə bilməz.

“Bəlkə Bakıya daha nəyin veriləcəyini bilmədiyi üçün suala cavab verməyib. Ya da bilir və öz razılaşmalarını qaldırmır.

Levon Ter-Petrosyanın dövründə “ərazi mübadilələri” barədə daxili qaydada danışırdılar. Məsələn, deyilirdi ki, Azərbaycan anklavı Kərki erməni anklavı Artsvaşenlə mübadilə edilib. Bənzər şəkildə deyilirdi ki, Ağcakənd Şuşa qarşılığında, Çaykənd Nüvədi qarşılığında və s. təhvil verilib.

Çaykənd və Ağcakənd indi haradadır? Əvəzində, “sərhədlərin müəyyənləşdirilməsi” Bakının tələblərinin icra edilməsini nəzərdə tutur və konkret olaraq Kərki problemi Sünikin rus-türk protektoratı proqramı, Gorus-Qafan yolunun 21 kilometrliyində rus-türk nəzarətindən sonra Yerasxdan Qarabağa və Sünikə doğru yeganə magistralın bu sektoruna nəzarətinin müəyyənləşdirilməsi ilə bağlıdır.

Öz növbəsində “Meğri dəhlizi” problemi Nüvədiyə qarşı tələblərlə bağlı müəyyən dərəcədə artıq aydınlaşır.

Dəhlizə Rusiyanın FTX qüvvələrinin nəzarət edəcəyi bildirilib və bu, artıq Ermənistanın cənubunun özgəninkiləşdirilməsini nəzərdə tutur. Bunun qarşılığında türklər köçürülmüş türklərlə birlikdə “sanitariya kartı” gözləyirlər.

Məgər Naxçıvanla İrana getmək barədə səlahiyyətlilərin söz-söhbətləri bununla bağlıdır?”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Meğri   Naxçıvan  

“Lragir”: “Meğri dəhlizi” yenidən açılacaq

2021/01/27879-1611311606.jpg
Oxunub: 1071     16:32     22 Yanvar 2021    