ABŞ-ın yeni rəhbərliyi hansı paketlə gəlir?

2021/01/biden-1611311461.jpg
Oxunub: 1168     15:30     22 Yanvar 2021    
Yanvarın 20-də dünyanın diqqəti Co Baydenin Amerika Birləşmiş Ştatlarının Prezidenti səlahiyyətlərinə başlaması ilə bağlı and içdiyi ABŞ-a yönəlmişdi.

ABŞ-ın keçmiş prezidenti Bill Klinton, kiçik Corc Buş və Barak Obama ABŞ-ın 46-cı prezidenti 78 yaşındakı Co Baydenin andiçmə mərasimində iştirak edirdilər. Co Bayden, Amerika Birləşmiş Ştatları tarixinin ən yaşlı prezidentidir, o, 78 yaşında bu vəzifəni qəbul edib.

Xatırladaq ki, Donald Tramp paytaxtı daha əvvəl tərk etmişdi. O, Baydenin andiçmə mərasimində iştirak etməyib, bu da köhnə Amerika siyasi ənənəsinin kobud şəkildə pozulmasıdır. Ümumiyyətlə gedən prezidentlər, səhhətləri və ya başqa bir ciddi problemi olmadığı təqdirdə andiçmə mərasimində iştirak edirlər.

Bayden Barak Obamanın prezidentliyi dövründə vitse-prezident vəzifəsində çalışıb. O, fəaliyyəti dövründə prioritetlərinin siyahısını artıq bəyan edib. İqlimlə bağlı Amerika Paris Sazişinə qayıdacaq, koronavirusla bağlı Amerika Dünya Səhiyyə Təşkilatının üzvü statusunu bərpa edəcək, İranla bağlı Bayden Trampın bu ölkə ilə nüvə anlaşmasını ləğv etmək qərarını bir şəkildə yenidən nəzərdən keçirməyə çalışacaq. Təhsil, ədalətli vergilər, Avropa ilə siyasi əlaqələrin bərpası prioritet məsələlər sırasındadır. ABŞ-ın 46-cı Prezidentinin gündəmində bu və digər onlarla vacib məsələlər olacaq.

“Amerika əsrlər boyunca baş verən hadisələr vasitəsi ilə yenidən sınaqlara məruz qalmış və çağırışlar meydanını qəbul edib. Bu gün biz namizədin zəfərini deyil, demokratiyanın fəaliyyətinin zəfərini qeyd edirik”, - deyə Amerika Birləşmiş Ştatlarının 46-cı Prezidenti “Xalq, xalqın iradəsi eşidildi və xalqın iradəsi nəzərə alındı” ifadəsini niqtinə əlavə edib.

“Demokratiyanın baha olduğunu, demokratiyanın kövrək olduğunu bir daha anladıq. Bu saatda dostlar, demokratiya qalib gəldi”, - deyə respublikaçı Donald Trampı inadkar bir mübarizədə məğlub edən demokrat Co Bayden vəzifə səlahiyyətlərini qəbuletmə mərasimindəki çıxışında qeyd edib. Donald Tramp isə məğlubiyyətini qəbul etmədi və yeni seçilən prezidenti təbrik etmədi.

Çıxışında Bayden təcili fəaliyyətə başlama çağırışı edib.

“Gecikmədən və sürətlə irəliləməliyik. Bu qış dövründə çox şeyi düzəltmək, təmir etmək, bərpa etmək, inşa etmək, sağaltmaq və çox şeyə nail olmaq üçün çox işlərimiz var”, - deyərək ABŞ-ın tarixində indi olduğu kimi bu cür çağırışlarla və çətinliklərlə üzləşənlərin az olduğunu qeyd edib.

Co Bayden 1863-cü ilin 1 yanvar tarixində kölələrə azadlıq verdiyi Bəyannaməni imzalayan ABŞ-ın ən məşhur prezidentlərindən biri olan Abraham Linkolnun sözlərini xatırladıb və sitat gətirib: “Qələmi kağızın üzərinə qoyanda prezident deyib: “Əgər mənim adım tarixə düşsə, bu hərəkətimə görə olacaq, bütün ruhum bunun içindədir”. Bu yanvar günü bütün ruhum buradadır, Amerikanı birləşdirmək, xalqımızı birləşdirmək. Hər bir amerikalıdan bu işdə mənə qoşulmalarını xahiş edirəm.”

ABŞ-ın 46-cı Prezidenti bir-birlərini dinləməyə, bir-birlərini görməyə, hörmət etməyə, “mədəniyyətsiz müharibəyə” son qoymağa və yenidən başlamağa çağırış edib: “Amerika birləşdiyi zaman heç vaxt uğursuz olmayıb”.

ABŞ-da 400 mindən çox insanın ölümünə səbəb olan koronavirus epidemiyasının ardınca 46-cı prezidentin andiçmə mərasimi, öncəki prezidnetlərin bənzər mərasimləri ilə müqayisədə məhdud sayda qonaq və çox az adamın iştirakı ilə baş tutub. Kapitolium mərasimindən, Senat və Nümayəndələr palatasının liderlərinin çıxışlarından sonra Co Bayden Arlinqton Hərbi Qəbiristanlığına, daha sonra Ağ Evə doğru yola düşüb.

Üç keçmiş prezident - Bill Klinton, kiçik Corc Buş, Barak Obama, Demokratların siyasi rəqibi olan Respublikaçıların yüksək səviyyəli xadimləri, keçmiş vitse-prezident Mayk Pens, keçmiş prezident Donald Trampdan başqa, Senat və Nümayəndələr palatasında Respublikaçıların liderləri Baydenin andiçmə mərasimində iştirak edirdilər. Mərasimdən bir neçə saat əvvəl Tramp Vaşinqtondan Floridadakı fərdi evinə yola düşüb.

ABŞ-ın yeni rəhbərliyinin Rusiya ilə siyasəti, bəlkə də ən çox mübahisəli məsələlərdən biridir. Rusiya Baydenin hakimiyyəti dövründə Rusiyaya qarşı daha sərt bir siyasət yürüdüləcəyini gözləyir. Bundan öncə isə Aİ-dən sərt addımlar artıq müşahidə olunur.

Almaniyanın “Şpigel” jurnalı Avropa Parlamentinin Rus müxalifət lideri Aleksey Navalnının həbsi səbəbiylə “Şimal Axını-2” layihəsinin dayandırılmasını tələb edəcəyini yazır. Dövri nəşrin əlinə keçən açıqlamanın mətnində deyilir ki, Avropa Parlamenti deputatları müxalif siyasətçinin həbsinə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyalar tələb etmək niyyətindədirlər. Onların aktivlərinin dondurulması və Avropa İttifaqına girişinin qadağan edilməsi mümkün ola bilər. Avropa Parlamentinin qərarları məsləhət xarakterlidir və icrası məcburi deyil.

Bundan əvvəl, ABŞ-ın boru kəmərinə sanksiya tətbiq etməsi ilə bağlı boru kəmərinin inşası dayandırılmışdı və bir sıra xarici şirkətlər ABŞ-ın sanksiyalarından yayınmaqla tikinti işlərini davam etdirməkdən imtina etmişdilər.

Navalnı 17 yanvarda Moskvaya qayıtmışdı. Moskvaya çatdıqdan sonra “Şeremetovo” hava limanının pasport qeydiyyatı şöbəsində həbs olunmuşdu. 18 yanvarda Moskva yaxınlığındakı Ximki şəhərinin polis binasında baş tutan məhkəmə prosesi nəticəsində 30 günlük həbs cəzasına məhkum edilmişdi. “İv Roşe” işi üzrə Navalniyə qarşı yeni məhkəmə prosesi fevralın 2-nə təyin edilib. İttiham edən tərəf müxalifət xadiminin şərti həbs cəzası əvəzinə həqiqi həbs edilməsini tələb edəcəyi gözlənilir.

Rus müxalifəti Navalninin qalmaqallı “Putinin Sarayı” yeni filmindən sonra hakimiyyətin Navalnıyı bir neçə il həbs cəzasına məhkum edəcəyinə əmindir. 19 yanvarda Aleksey Navalni özünün “YouTube” kanalında Korrupsiyaya Qarşı Mübarizə Fondu tərəfindən Vladimir Putinin Qara dəniz sahilində on ildən çoxdur inşa edilən ağlasığmaz dərəcədə lüks və zövqsüz bir saray ilə bağlı araşdırmasını yayımlamışdı. Onun sözlərinə görə, ruslardan oğurlanmış pullarla ölkə prezidentinin dostları öz rəisləri üçün Monakodan on qat daha böyük olan dünyanın ən böyük qalasını, bütöv bir şəhər tikməyə və yenidən qurmağa davam edirlər.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Putinin belə bir qalaya sahib olmadığını və məlumatın yalan olduğunu bildirib. Peskov rusları Navalnının rəhbərlik etdiyi “Korrupsiyaya Qarşı Mübarizə Fonduna” pul köçürməməyə çağırış edib. Navalnının komanda yoldaşları 23 yanvar şənbə günü ümumrusiya etirazlarını təşkil edəcəklərini açıqlayıb.

Xatırladaq ki, 2020-ci ilin avqust ayında Navalnı zəhərlənmiş və huşsuz halda müalicə üçün Berlinə aparılmışdı. Qərb Navalnının qadağan olunmuş “Noviçok” tipli paralitik maddə ilə zəhərləndiyini açıqlamışdı. Navalni isə zəhərlənməsində Rusiya xüsusi xidmət orqanlarını və şəxsən Putini günahlandırır.

Onun həbsi Qərb-Rusiya münasibətlərində yeni bir gərginlik üçün yeni bir fürsətdir. Bəlkə də, Navalnının Rusiyada peyda olması, bu mənada zaman baxımından təsadüfi olmayan hesablanmış iş idi.

Bölgəmizə gəlincə, ABŞ İran və Türkiyəyə qarşı siyasətini dəqiqləşdirməklə Cənubi Qafqaza qarşı siyasətini nəzərdən keçirəcək.

Firuz Bağırov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Beyden  

ABŞ-ın yeni rəhbərliyi hansı paketlə gəlir?

2021/01/biden-1611311461.jpg
Oxunub: 1169     15:30     22 Yanvar 2021    