2020-ci il sentaybrın 19-da “Hraparak” nəşri yazmışdı ki, Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın qərarı ilə “2020-2040-cı illər üçün nəqliyyat və ticarət strategiyası”nın hazırlanması işlərini koordinasiya edən qrup yaradılıb, bu qrupa daxil edilmiş 5 nazir müavininə Avinyanın müşaviri Baqrat Badalyan rəhbərlik edir.
“Hraparak” nəşri yazır ki, hökumət sistemində bu qərar nəinki absurddur, həmçinin təhqiramizdir və tabeçiliyin pozulmasıdır, çünki müşavir nazir müavinindən yüksək ola və onların işini koordinasiya edə bilməz.
“Belə çıxır ki, Sünik məsələləri ilə məşğul olan işçi qrupunda Ermənistan Baş nazirinin müşaviri on nazir müavininə, Milli Təhlükəsizlik Xidməti direktorunun müavininə, Silah Qüvvələrin Baş Qərargah rəisinin müavininə və başqa yüksək dərəcəli rəsmilərə rəhbərlik edəcək”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Məğlubiyyət