Bayden “Cənubi Qafqaz baharı”na əvvəlcədən hazırlaşır?

2020/12/bayde-1609315662.jpg
Oxunub: 1117     14:54     22 Yanvar 2021    
Rusiyanın “Regnum” xəbər agentliyi məqalə dərc edib.

Ordu.az xəbər verir ki, məqalədə politoloq, analitik Stanislav Tarasov ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden tərəfindən “Cənubi Qafqaz baharı”na əvvəlcədən hazırlaşmaq ehtimalını müzakirə edir.

Müəllif qeyd edir ki, bu müddət ərzində Gürcüstan Prezidenti Salome Zurabaşvili işgüzar səfərlə Brüsselə gedib, Avropa İttifaqı və NATO rəhbərləri ilə yüksək dərəcəli görüşlər keçirib.

Müəllifin sözlərinə görə, bu, vacibdir, çünki sözügedən səfər Cənubi Qafqazda vəziyyəti tamamilə dəyişdirmiş ikinci Qarabağ müharibəsinin sonunda, eləcə də ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin andiçmə mərasimi ərəfəsində baş tutub.

“ABŞ Prezidenti Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həllini və Bakının qələbəsini qəbul etmədiyini bildirə bilər”, - deyə Tarasov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Qarabağ  

Bayden “Cənubi Qafqaz baharı”na əvvəlcədən hazırlaşır?

2020/12/bayde-1609315662.jpg
Oxunub: 1118     14:54     22 Yanvar 2021    