Paşinyanın növbəti “dejavü seriyası”

2021/01/f5d8a-1610608268.jpg
Oxunub: 704     17:31     22 Yanvar 2021    
Ermənilərin çiyinlərində hakimiyyətə gələn Nikol Paşinyan Baş nazirliyin daha öncəki paltarını geyinmişdi. Və bu vəziyyətdə, Paşinyan bir müxalifətçi deputat olaraq bu fenomeni tənqid edirdi. Bununla yanaşı, xalq əleyhinə hökuməti təmsil edən sələfindən fərqli olaraq, Nikol “demokratiya qalası” qururdu. Məntiq onu göstərir ki, xalq əleyhinə Baş nazirin paltarı “xalq hakimiyyəti”nin rəhbəri tərəfindən qəbul edilməməli idi, amma Nikol bu cür əhəmiyyətsiz şeylərə əhəmiyyət vermirdi.

Erməni mətbuatında dərc olunan məqalələrdən birində deyilir ki, müxalif gündəlik nəşrin baş redaktoru və müxalifət xadimi kimi siyasətə daxil olan Paşinyan “1 Mart” etirazçılarının qalxan və dəyənəkləri polisin əlindən zorla aldıqda tərifə layiq görüldü, hazırda isə “Xalq hakimiyyəti”nin Baş naziri olan Nikol Paşinyan İrəvanda onlarla təhlükəsizlik işçisinin müşayiəti ilə gəzir.

“Uzun illər əvvəl dəfələrlə öncəki sələfləri tərəfindən pulla və ya onlardan asılı olan dövlət strukturlarının əməkdaşlarının küçəyə çıxarılması təşkil edilmiş və müxalifətçi siyasətçi Nikol Paşinyan tərəfindən davamlı tənqid olunan fenomeni təqdim edərək mövzunu davam etdirək. Bu, əlbəttə ki, müxalifətə və Qərbə mövcud hakimiyyəti də dəstəkləyən bir xalqın olduğunu göstərmək üçün edilirdi. “Xalq hakimiyyəti”nin Baş Naziri olan Nikol Paşinyan dəfələrlə sınaqdan keçirilmiş bu üsula əl atıb və bunun son göstəricisi Gümrüyə daxil olarkən bir qrup şəxs tərəfindən Baş nazirliyə namizəd Vazgen Manukyanın avtomobil yolunun bağlanması idi.

Müxalifətçi deputat Paşinyan haqlı olaraq əvvəlki hökumətin büdcə kəsirlərini tənqid edirdi və hazırda “Xalq hakimiyyəti” baş naziri korrupsiya ilə məşğul olmamaları üçün tabeçiliyində olanlara mükafatlar verir. Yaxşı xatırlayırıq ki, Paşinyan sıravi insanların çiyinlərində hakimiyyətə gələcəyi təqdirdə, özünün və komandasının fədakarcasına Ermənistana xidmət edəcəyinə söz verirdi.

Güman edilirdi ki, 2018-ci ilin aprel hadisələrindən sonra Baş nazir təyin olunan Nikol Paşinyan korrupsiyanı dayandırmalı, savadlı və məlumatlı tərəfdarlardan ibarət bir komanda vasitəsilə ölkəni real inkişafa yönəltməli idi. Lakin, təqlid və onu müşayiət edən populizmin Ermənistandakı “demokratiyanın” fasiləsiz bir yoldaşına çevrildiyi ortaya çıxdı.

Bunun ən yaxşı sübutu Ermənistan İctimai Televiziyasıdır. Serjin dövründəki “H1 Ermənistan” hazıda Nikol hakimiyyəti üçün bir təbliğat vasitəsinə çevrilib. Yeri gəlmişkən, bu paralellərdən bir çoxu “müntəzəm dejavü” silsiləsindəndir”, - deyə məqalədə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Böhran  

Paşinyanın növbəti “dejavü seriyası”

2021/01/f5d8a-1610608268.jpg
Oxunub: 705     17:31     22 Yanvar 2021    