Lavrovun Qarabağın statusu və itkin düşənlərin, əsirlərin qaytarılması ilə bağlı şərhləri xüsusilə vacib idi.
Rus siyasi analitik Aleksey Malaşenko bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri üçün ev tapşırığı imkanı verməklə ağıllı siyasət yürüdür, çünki Rusiya bu şəkildə Qarabağ münaqişəsi ətrafında Qərb həmsədrləri ilə öz ziddiyətlərini kiçildir, eyni zamanda Azərbaycanın hazırda mövcud olan üçtərəfli formata üstünlük verdiyini başa düşür.
Malaşenkonun sözlərinə görə, buna görə də status zərurəti məsələsi bu və ya digər format çərçivəsində həll olunacaq.
“Bu anda başqa aktual məsələlər olduğu qeyd olunur, deyilmi? Mövzu ilə isə bir neçə il ərzində çox müxtəlif inkişaflar ola bilər, bu inkişaflar proqnozlaşdırıla bilən deyil, amma hazırda status məsələsi faktiki olaraq müzakirə olunmur və hələ yaxın gələcəkdə müzakirə olunmayacaq”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az