Ordu.az xəbər verir ki, bu barədə şirkətin Britaniyadakı qolu olan “Elbit UK” məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında sistemlərin tədarükü üçün müqavilə imzalanıb. Müqavilənin ümumi dəyəri 134 milyon dollardır.
Bu avadanlıq Britaniya ordusuna döyüş sahəsindəki hədəf məlumatlarını tapmaq, müəyyənləşdirmək və dərhal artilleriyaya, təyyarələrə və digər operatorlara ötürmək üçün nəzərdə tutulub.
Müqavilənin 2026-cı ilədək icra ediləməsi nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az