Ordu.az xəbər verir ki, bu barədə o, İstanbul Sənaye Palatası tərəfindən təşkil edilən iclasda danışıb.
O bildirib ki, PUA-lar tezliklə Avropa səmalarında olacaq.
“Bayraktar TB2” zərbə PUA-ları hazırda Türkiyə, Qətər, Ukrayna və Azərbaycan ordusu tərəfindən istifadə edilir. ANKA PUA-ları isə hələlik Türkiyə ordusunun arsenalında var, ötən ilin sonunda Tunis Türkiyədən 3 ANKA aldığını açıqlamışdı.
Türkiyənin bir çox Avropa ölkəsi ilə yaxşı əlaqələri var. Albaniya, Britaniya, Bolqarıstan, Çexiya, Macarıstan və Polşa ilə Türkiyə arasında müdafiə sənayesi ilə bağlı danışıqlar aparılıb.
Sevinc Əliyeva
Ordu.az