Bayden Rusiya ilə strateji silahların azaldılması müqaviləsinin daha 5 il uzadılmasını istəyir

2021/01/np_fi-1611295771.jpg
Oxunub: 308     14:37     22 Yanvar 2021    
ABŞ-ın yeni prezidenti Co Bayden Rusiya ilə imzalanan strateji silahların azaldılmasını nəzərdə tutan “New START” müqaviləsinin daha 5 il uzadılmasını istəyir.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə yeni adminstrasiyanın ilk böyük xarici siyasət qərarlarından birində deyilir.

Ağ Evin mətbuat katibi Jen Psaki bildirib ki, müqavilənin uzadılması Birləşmiş Ştatların milli təhlükəsizlik maraqlarına cavab verir.

“Rusiya ilə ABŞ maraqlarını inkişaf etdirməyə çalışdığımız kimi, Rusiyanı da ehtiyatsız və düşmən hərəkətlərinə görə məsuliyyət daşımağa məcbur etmək üçün çalışırıq”, - deyə Psaki qeyd edib.

Qeyd edək ki, strateji silahların məhdudlaşdırılması müqaviləsi fevral ayının 5-də başa çatır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya  

Bayden Rusiya ilə strateji silahların azaldılması müqaviləsinin daha 5 il uzadılmasını istəyir

2021/01/np_fi-1611295771.jpg
Oxunub: 309     14:37     22 Yanvar 2021    