Ordu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yerli hərbi mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ilk Su-57 qırıcısı artıq Cənubi Hərbi Dairəsinə təhvil verilib.
Su-57 “Suxoi” şirkəti tərəfindən hazırlanıb və “Komsomolsk-on-Amur” Aviasiya Zavodunda (KnAAZ) istehsal olunur. Bu, uzaq və yaxın mənzilli döyüşlərdə hər növ hava hədəflərini, düşmənin quru və yerüstü hədəflərini məhv etmək və hava hücumundan müdafiə sistemlərini aşmaq üçün hazırlanmış beşinci nəsil çoxməqsədli döyüş təyyarəsidir.
İlk Su-57-nin 2019-cu ilin sonunda Rusiya Müdafiə Nazirliyinə təhvil verilməsi planlaşdırılırdı, lakin sınaq uçuşu zamanı təyyarə qəzaya uğradı.
Rusiya ordusunun 2028-ci ilə qədər 76 ədəd Su-57 qırıcısı alacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az