Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Birgə Qüvvələr Əməliyyat Mərkəzi məlumat yayıb.
Atəşkəs rejimi qumbaraatan və kiçik çaplı silahlarla pozulub. Bundan başqa separatçılar Ukrayna ordusunun mövqelərinə 2 PUA göndərib. PUA-lar Ukrayna ordusu tərəfindən xüsusi vasitələrlə yerə endirilərək ələ keçirilib.
Ukrayna Hava Qüvvələrinin Şərq Əməliyyat Komandanlığı bildirib ki, Ukrayna ordusunun bir hərbi qulluqçusu düşmən snayperi tərəfindən öldürülüb.
Sevinc Əliyeva
Ordu.az