Erməni deputat: “Gorusdan 26, Qafandan 9 km mövqelər irəlidə idi, şifahi olaraq geri çəkilirdi”

2019/08/14115-1564655480.jpg
Oxunub: 3580     16:21     21 Yanvar 2021    
Ermənistan parlamentinin brifinqləri zamanı “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Mikayel Melkumyan xatırladıb ki, həftənin sonunda bir neçə həmkarı ilə Sünik vilayətində olub.

Ordu.az xəbər verir ki, onlar Qafan, Gorus və Sisiana səfər ediblər, ən ciddi problemlərə malik olan Vorotan və Şurnux kəndlərində olublar.

Erməni deputat bildirib ki, Şurnuxun boşaldılan 12 evi yolun sol hissəsində yerləşir, indi isə bu, Gorus-Qafan yolunun artıq Azərbaycan tərəfidir.

“Gorusdan 26, Qafandan 9 km mövqelər irəlidə idi, şifahi olaraq geri çəkilirdi. Bu hüququ kim verib ki, şifahi əmrlə geri çəkilək?”, - deyə Melkumyan qeyd edib.

Melkumyan bildirib ki, sentyabrın 27-dən sonra ən azı 4 dəfə müharibəni dayandırmaq imkanı olub.

“Sentyabrın 29-da rus nümayəndə heyəti 2 saat ərzində Dumaya gəlməyə hazır olduqda bu barədə danışılıb. Bu, Dumanın qərarı idi, zarafat deyildi. Baş Qərargah rəisi Onik Qasparyanın 4 gün sonra verdiyi açıqlama, oktyabrın 19-da Vladimir Putinin dediyi. Biz bir şeyi unuduruq ki, o, Şuşanın erməni nəzarəti altında qaldığını deyirdi, sadəcə qaçqınlar ora qayıtmalı idilər”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Erməni deputat: “Gorusdan 26, Qafandan 9 km mövqelər irəlidə idi, şifahi olaraq geri çəkilirdi”

2019/08/14115-1564655480.jpg
Oxunub: 3581     16:21     21 Yanvar 2021    