“Hraparak” nəşri yazır ki, Rusiya hakimiyyətində bu məsələdə fərqli baxışlar var: hüquq-mühafizə orqanları Nikol Paşinyanın bir an öncə uzaqlaşdırılmalı olduğunu düşünürsə, Xarici İşlər naziri Sergey Lavrov hazırda buna qarşıdır.
“Ermənistanın hökumətyönümlü dairələrində pıçıldaşırlar ki, sonuncu görüş zamanı Paşinyan Putinə növbədənkənar seçkilər təşkil etmək istədiyini məruzə edib, Putin get deyib”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az