Nikol Paşinyan istefasından sonra Ermənistan parlamentinin yeni Baş nazir seçməyəcəyindən əmin deyil, buna görə də parlamentin müxalifətinə koalisiya yaratmağı, namizəd irəli sürməyəcəklərinə dair memorandum imzalamağı və 6 ayda seçkilərə getməyi təklif edib, lakin müxalifətçilər razılaşmayıblar.
“Hraparak” nəşri yazıb ki, dünən Ermənistan parlamentində Tiqran Avinyan bu xəbərləri təsdiqləyib.
Növbədənkənar seçkilərin vaxtı barədə suala cavab olaraq Avinyan deyib ki, təkcə hakimiyyətin istəməyi ilə deyil, müxalifət istəyirsə, memorandum imzalamaya bilərlər.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran