“Vazgen Manukyanla Qarabağa getmişdik, oradan oktyabrın 2-də qayıtmışam, Ermənistanın ikinci prezidenti Köçəryan da orada idi və Qarabağa getməzdən əvvəl malik olduğum təsvir heç bir yaxşı şey barədə danışmırdı, Qarabağda isə məlum oldu ki, vəziyyət mən təsəvvür etdiyimdən daha pisdir”.
Ordu.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Davit Şahnazaryan deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan 2,5 il ərzində Azərbaycanın müharibəyə başlamağa beynəlxalq ictimaiyyətin gözündə bəraət qazandırması üçün hər şey edib.
“Paşinyan bir Avropa ölkəsinin HHM sistemləri göndərmək təklifini 2 dəfə rədd edib”, - deyə Şahnazaryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran