Hərbi analitik Aleksandr Xrolenkonun sözlərinə görə, yanvarın 17-də Ermənistanla sərhəd olan Qars vilayətində Türkiyə Respublikasının Müdafiə Nazirliyinin nümayəndələri “Qış-2021” birgə hərbi təlimləri üçün gəlmiş azərbaycanlı tərəfdaşlarını təntənəli şəkildə qarşılayıblar.
Analitik qeyd edir ki, hərbi təlimlər fevralın 1-12-də keçiriləcək.
““Biz “bir ürək” və “bir yumruq”, “iki dövlət bir millət” anlayışı ilə fəaliyyət göstərməyə davam edəcəyik”. “Davam edəcəyik” əsas sözü nədənsə Dağlıq Qarabağda döyüş əməliyyatları ilə əlaqələndirilir, bu əməliyyatlarda Türkiyə Azərbaycanı dəstəkləyirdi”, - deyə Xrolenko bildirib.
Alpər Mövludoğlu
Ordu.az