“Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri üçün ev tapşırığı imkanı verərək ağıllı siyasət yürüdür, çünki Rusiya bu şəkildə Qarabağ münaqişəsi ətrafında Qərb həmsədrləri ilə öz ziddiyətlərini kiçildir, eyni zamanda Azərbaycanın hazırda mövcud olan üçtərəfli formata üstünlük verdiyini başa düşür”.
Ordu.az xəbər verir ki, bunu rus siyasi analitik Aleksey Malaşenko bu yaxınlarda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun mətbuat konfrasının Qarabağ hissəsinə toxunarkən deyib.
Malaşenkonun sözlərinə görə, status məsələsi bu və ya digər format çərçivəsində həll olunacaq.
“Hazırda status məsələsi faktiki olaraq müzakirə olunmur və hələ yaxın gələcəkdə müzakirə olunmayacaq”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran