Ordu.az “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, terror aktı nəticəsində 28 nəfər ölüb, ən azı 73 nəfər yaralanıb.
***
İraqın paytaxtı Bağdad şəhərində terror aktı törədilib.
Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Tayaran Meydanında intihar məqsədli partlayış törədildiyi bildirilib.
Türkiyənin İraqdakı səfir Fatih Yılmaz isə CNN Türk-ə bildirib ki, terrorun İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal edilir.
Səfir iki böyük partlayış nəticəsində baş verən terror aktında ölənlərin sayının 10-dan, yaralıların sayının isə 20-dən çox olduğu haqda məlumat aldığını deyib.
Sevinc Əliyeva
Ordu.az