Qarabağda nə baş verir?

2021/01/az-1-1611214104.jpg
Oxunub: 1165     13:52     21 Yanvar 2021    
Xankəndində şəhərin girişindən etibarən Ermənistan bayraqları Rusiya bayraqları ilə əvəz olunub.

Ötən gün Ermənistan və Rusiya Xarici İşlər Nazirləri Ara Ayvazyan və Sergey Lavrov arasında telefon danışığı baş tutub. Tərəflər əsirlərin geri qaytarılması və Qarabağda ərazilərində “erməni irsi”nin qorunmasını müzakirə ediblər.

Bundan əvvəl Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Rusiya, yerli əhaliyə dəstək vermək üçün Qarabağda UNESCO və BMT də daxil olmaqla beynəlxalq təşkilatların iş aparmasında maraqlıdır.

“Lragir” nəşri yazır ki, əslində Moskva Ermənistanla Qarabağ arasındakı münasibətlərə müstəsna olaraq “humanitar” baxımdan yanaşır, status məsələsi isə heç bir şəkildə Ermənistanla əlaqələndirilmir.

“Məlum olur ki, Ermənistan “Rusiya sülhməramlı missiyasının məsuliyyət sahəsi” olduğu müddət boyunca Qarabağa humanitar yardım göstərməlidir, lakin Moskva Qarabağın statusu ilə bağlı siyasi hüquqlar nəzərdə tutmur.

Erməni bayraqları artıq sökülüb, amma nə Xankəndində, nə də İrəvanda heç kim buna diqqət yetirməyib.

Rus mənbələri hər gün Rusiyanın Qarabağda yaşayan ermənilərə kömək etdiyini yazsalar da, hazırda Qarabağda təxminən 70.000 erməni əsasən Ermənistanın köməyi hesabına yaşayır. Xatırladaq ki, Ermənistan əmək haqqı və təqaüdlərin ödənilməsini, habelə humanitar yardımın verilməsini maliyyələşdirir.

Torontoda yaşayan tarixçi Raffi Bedrosyan “ The Armenian Weekly” qəzetindəki köşə yazısında yazırdı ki, diaspora erməniləri həvəslə müharibəyə qatılaraq, bir ay ərzində son 20 ildə olduğundan daha çox pul topladılar. Keçən il diaspora təkcə “Hayastan Ümumerməni Fondu” vasitəsilə həqiqətən misli görünməmiş həcmdə 170 milyon dollar toplamışdı. Həmin bu vəsait Qarabağda humanitar məsələlərin həllinə imkan verir. Başqa sözlə, Qarabağın kimin nəzarəti altında, erməni qüvvələrinin, yoxsa ya rus sülhməramlılarının nəzarətində qaldığı bəlli olmayan ərazidə saxlamağa imkan verir .

Bəs, diasporanın pulu bitəndə nə baş verəcək? Qarabağ (qondarma qurum – red.) özünü təmin edə biləcəkmi, bunun üçün insanların hansı statusda yaşayacaqlarını, hansı pasportlara sahib olacağını, mülk və investisiyaların toxunulmazlığını kimin təmin edəcəyini aydınlaşdırmaq lazımdır.

Ermənistan hökuməti və siyasi qüvvələrin əksəriyyəti bu sualları cavablandırmır və Moskva ilə birgə deyirlər ki, indi əsirləri düşünmək lazımdır. Qarşılıqlı ittihamlara və həyasız manipulyasiyalara səbəb olan ciddi “siyasi proseslər” ilə məşğul olduqlarını iddia edirlər. Ermənistan Qarabağ və ölən minlərlə erməni vətəndaşı üçün siyasi məsuliyyəti öz boynuna götürməyə hazırdır?”, - deyə erməni nəşri yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran  

Qarabağda nə baş verir?

2021/01/az-1-1611214104.jpg
Oxunub: 1166     13:52     21 Yanvar 2021    