Lavrov Paşinyanı günahlandırdı

2020/12/Serge-1607582870.jpg
Oxunub: 1040     15:34     21 Yanvar 2021    
Müharibə bitdikdən sonra Rusiya Federasiyası səlahiyyətliləri yeni açıqlamalar verməyə və bütün həqiqəti üzə çıxarmağa davam edirlər.

Rusiya tərəfi Paşinyanın müharibənin günahını Rusiya hakimiyyətinin üzərinə atmağa çalışdığı son məqaləsindən sonra daha səmimi olmağa başlayıb.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun bir neçə ifşaedici bəyanat verdiyi böyük bir mətbuat konfransı baş tutdu. Əvvəlcə Lavrov, erməni əsirlərin öz ölkələrinə qayıtmamasını Ermənistan rəhbərliyi tərəfindən əsirlərin tam siyahısını təqdim edilməməsi ilə əlaqələndirdi.

Keçirdiyi mətbuat konfransında Sergey Lavrov Ermənistan rəhbərliyini, xüsusən də baş nazir Nikol Paşinyanı müharibəyə təhrik etməkdə, provokasiyaya yol verməkdə günahlandırdı.

“Düşünürəm ki, bundan çəkinmək daha yaxşıdır. 44 günlük müharibədən əvvəl Qarabağdan və ya Qarabağla bağlı – “yeni müharibə, yeni ərazilər” kimi emosinal ifadələrin şahidi olduq. Söz maddi güc qazanır. Bu vəziyyətdə fərqli tərəflərdən səsləndirilən sözlər çox mənfi maddi gücə çevrildi”, - deyə Lavrov bildirib.

Lavrovun çıxışında Paşinyanın Xankəndindəki “Qarabağ Ermənistandır və son”, deyə bəyan etdiyi çıxışına işarə edən “Qarabağdan gələn açıqlamalar”dan bəhs etməsi maraqlıdır.

Xatırladaq ki, Prezidenti İlham Əliyev dəfələrlə məsələnin hərbi yola sürüklənməsinə təkan verən məhz Paşinyanın bu sözlərinin olduğunu bildirib.

Lavrov, əslində, Prezident İlham Əliyevin sözlərini dolayısı ilə təsdiqləyir və Paşinyanı müharibəyə təxribat törətməkdə günahlandırır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Lavrov Paşinyanı günahlandırdı

2020/12/Serge-1607582870.jpg
Oxunub: 1041     15:34     21 Yanvar 2021    