Qaranlıq hadisələrin mərkəzində olan Ermənistan hakimiyyətinin sevimlisi - ARAŞDIRMA

2020/06/1-1591089893.jpg
Oxunub: 2337     11:45     21 Yanvar 2021    
Ötən il 27 sentyabrda başayan Ermənistan və Azərbaycan arasındakı müharibədən təxminən üç ay keçir. Lakin Ermənistan hakimiyyəti məğlubiyyətin mümkün səbəbləri barədə yayılan xəbərlərə məhəl qoymamaqda davam edir.

Əlbəttə, bəzi açıqlamalar verilir, lakin bu açıqlamalar dərin və əhatəli deyil, üstəlik daha çox sual doğurur. Dəfələrlə bəhs edildiyi kimi, müharibədəki məğlubiyyətin əsas problemlərdən biri də silah və sursat alqı-satqısı ilə bağlı korrupsiya qalmaqalıdır.

Erməni xalqı arasında Patron Davo kimi tanınan David Qalstyanın adı bir müddətdir bu mövzuda mətbuatda dolaşır. Həmin məlumata görə, Ermənistan ordusunun silah alışının 95% -i David Qalstyan vasitəsi ilə həyata keçirilir.

Bu vəziyyət həm keçmiş erməni iqtidarı, həm də indiki hakimiyyət dövründə olduğu kimi qalmaqda davam edib.

Qalstyanın Ermənistanın mövcud hakimiyyət orqanları ilə sıx əlaqələr var və keçmiş Müdafiə naziri Davit Tonoyan ilə kifayət qədər yaxındır. Elə Tonoyanın icazəsi ilə Qalstyanın silah və sursat tədarükü ilə bağlı bütün prosesləri həyata keçirdiyini, bu sahəni “özününküləşdirdiyini” söyləmək olar.

Məlumata görə, keçmiş hakimiyyətlə Davit Qalstyan arasındakı əlaqə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın təhlükəsizlik xidmətinin rəhbəri Serjin Vaçosu ləqəbli, Vaçaqan Qazaryan olub. Məsələ burasındadır ki, Vaçaqan Qazaryan David Qalstyanın evliliyinin xaç atası, daha sonra Qalstyanın qızının xaç atası olub.

2018-ci ilin iyun ayında Vaçaqan Qazaryanın məlum çamadanında böyük miqdarda pul tapılmışdı, şayiələrə görə, xaç atası Patron Davo, pulun ona məxsus olduğunu bəyan edərək onu qurtarmışdı. Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, kadr ehtiyatında olan general-mayor Vaçaqan Qazaryan iyunun 25-də MTX əməkdaşları tərəfindən İrəvanın Çarentsi küçəsində yerləşən “Unibank”ın girişi yaxınlığında həbs olunmuşdu.

Ermənistan Milli Təhlükəsizlik Xidməti Qazaryanın üzərinə fərdi baxış zamanı Unibankdan çıxarkən əlindəki çantanın içərisində 120.000 dollar olan çantanın və Vaçaqan Qazaryanın adına qeydiyyata alınan depozit hesabından 436 milyon dramı təqdim etdiyi bildirilmişdi.
Onu banka müşayiət edən “Lexus” markalı avtomobildən isə 50.000 dollar aşkarlanmışdı. MTX-nin verdiyi məlumata görə, Vaçaqan Qazaryanın dediklərindən məlum olur ki, bankdan pulu nağdlaşdırmaqda məqsəd vəsaiti həqiqi sahibinə qaytarmaq olub, ancaq Qazaryan pulun həqiqi sahibinin kim olduğunu söyləmək istəməyib.

Məlumata görə, Vaçaqan Qazaryanın azadlığı üçün tələb olunan bütün girovu ödəyən Davit Qalstyan olub. Qeyd edək ki, David Qalstyan illər əvvəl İrəvanda “Yans” restoran kompleksini tikdirib və Vaçaqan Qazaryana hədiyyə edib. David Qalstyan, Patron Davo kimdir və onun haqqında nə Qalstyan, nə də Ermənistan Müdafiə Nazirliyinin heç bir şəkildə cavab vermədiyi hansı məlumatlar dolaşır?

Bəs, Patron Davo ləqəbli, David Qalstyan kimdir? Onun barəsində Həm Qalstyanın özü, həm də Ermənistan Müdafiə Nazirliyinin heç bir şəkildə münasibət bildirmədiyi hansı məlumatlar dolaşır?

Medianın verdiyi məlumata görə, Qalstyan bir neçə ixtisaslaşmış şirkətin səhmdarıdır. O, Ermənistanda istehsal olunan “Kalaşnikov” zavodunun sahiblərindən biridir və bu istehsalın qurucusu “Royalsys Engineering” şirkətinin sədri olub.

Qalstyanın mövcud hakimiyyət orqanları ilə sıx əlaqələr var, keçmiş Müdafiə naziri Davit Tonoyan ilə kifayət qədər yaxındır. Elə Tonoyanın icazəsi ilə Qalstyanın silah və sursat tədarükü ilə bağlı bütün prosesləri həyata keçirdiyini söyləmək olar. Və görünən odur ki, Qalstyanla əlaqəli bütün qalmaqallı nəşrlərin heç bir nəticəsi olmadığı və istintaqın predmetinə çevrilmədiyinə görə o, siyasi hakimiyyət üçün də favoritə, sevimli şəxsə çevrilib. İndi Tonoyan artıq Müdafiə naziri deyil, ancaq yaxın dostu hakimiyyətin rəğbətini qazanmağa və bununla yaşamağa davam edir.

Başqa bir məlumata görə, Davit Qalstyan Virgin adaları və Kayman adalarında qeydiyyatdan keçmiş iki offşor şirkəti vasitəsilə Ermənistana silah tədarük edir.

Ötən gün, David Qalstyanın Ermənistan MTX-də araşdırılan cinayət işlərindən birində təqsirləndirilən şəxs qismində cəlb olunduğu barədə məlumat yayımlayıb.

“Müdafiə Nazirliyinin rəsmiləri rəsmi mövqelərindən istifadə edərək, Ermənistan dövlət büdcəsindən mal almaq üçün onlara ayrılan külli miqdarda pulu ələ keçirmək məqsədilə David Qalstyana məxsus “Moston Engineering” şirkəti daxil olmaqla bir sıra ticarət şirkətlərinin işçiləri ilə ilkin razılığa gəliblər. Davit Qalstyanın hadisə ilə əlaqədar MTX İstintaq İdarəsində başlanan cinayət işində təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib”, - deyə Ermənistan MTX açıqlamasında bildirib.

Qalstyan xüsusilə böyük miqyasda mənimsəmədə ittiham olunur.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran  

Qaranlıq hadisələrin mərkəzində olan Ermənistan hakimiyyətinin sevimlisi - ARAŞDIRMA

2020/06/1-1591089893.jpg
Oxunub: 2338     11:45     21 Yanvar 2021    