Ordu.az xəbər verir ki, Paşinyan suala aydın cavab verməyib.
“Şurnuxun taleyinə 2010-cu ildə “İnzibati ərazi bölgüsü barədə” qanunun lehinə səsverərək qərar vermisiniz. Bu qanunu qəbul etdiyiniz zaman bu barədə düşünmürdünüz? Niyə, məsələn, bu tribunadan kimsə sual qaldırmır ki, Artsvaşen kəndi ilə nə olacaq? Bəsdir Şurnux, Şurnux dediniz. Siz qərar vermisiniz ki, yoldan o tərəfə Azərbaycan Respublikasıdır”, - deyə Paşinyan bildirib.
Paşinyan həmçinin vurğulayıb ki, Ararat və Tavuş vilayətlərində bu günə qədər Azərbaycanın nəzarəti altında olan ərazilər var.
“Niyə hökumət qarşısında sual qoymursunuz ki, niyə bu ərazilərin qaytarılması məsələsini qaldırmır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az