Məğlub olana dəhlizlər verilmir

2021/01/55-1610525174.jpg
Oxunub: 1384     16:55     21 Yanvar 2021    
“Yüklərimizin İrana Naxçıvan və Rusiyaya Azərbaycan üzərindən keçməsi pis olarmı?”.

Ermənistanın hökümət rəsmiləri və təbliğatçıları adətən bu sualı səsləndirirlər. Onların demək istədikləri budur ki, Ermənistanda müəyyən duyğuların və ya inancların təsiri altında bölgədəki yolların blokadadan çıxarılmasına qarşı olan bəzi millətçi dairələr var. Bəlkə də belə niyyətli tək-tük insanlar var, amma bunlar heç problem deyil. Sual belə qoyulmalıdır, yolların Ermənistan üçün açılması mümkündürmü?

“Aravot” nəşri yazır ki, bununla bağlı ciddi şübhələr var.

“9 noyabr üçtərəfli razılaşmada deyilənləri bir daha xatırladım: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirilir. Razılaşmaya əsasən, Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirən yeni kommunikasiyaların tikintisi həyata keçiriləcək”.

Üç tərəfli bəyanat, fikrimcə, hərbi məğlubiyyətimizi ifadə edərək möhkəmlədirdi, qeyd edilən 9-cu bənd də bu çərçivədə nəzərdən keçirilməlidir. Əks təqdirdə, hökumətin təbliğatçılarını dinləsək, belə çıxır ki, “nə yaxşı ki, məğlub olduq, nəhayət yollar blokadadan çıxacaq”.

Bəyanatda ümumilikdə BÜTÜN nəqliyyat əlaqələrindən bəhs olunur, lakin mexanizmlər baxımından yalnız BİZİM öhdəliklərimizdən və spesifik bir - Rusiyanın nəzarətindən, o cümlədən Azərbaycan-Naxçıvan yolundan, bu yol üçün lazım olan yeni kommunikasiyalardan bəhs olunur. Türkiyə və Azərbaycanın ehtiyac duyduğu hər şey burda əks olunub, heç bir yerdə Azərbaycanın öz ərazisindən keçməklə erməni yüklərinin təhlükəsizliyini təmin etmək və yeni yollar çəkmək barədə öhdəlik götürdüyü deyilmir. Bəyanatın digər məqamlarında olduğu kimi, Azərbaycana və Türkiyəyə erməni tərəfinin dəhliz təmin etməyi, belə demək mümkünsə, onların “strategiyasıdır”.

Siyasi baxımdan Türkiyə və Azərbaycan kommunikasiyaların açılması ilə Ermənistanın iqtisadi inkişafından heç bir fayda görmürlər, əksinə, Ermənistan yollarının “kor bağırsaq” halına gəlməsində maraqlıdırlar. Tamamilə iqtisadi baxımdan erməni malları və Ermənistan bazarı onlar üçün o qədər də maraqlı deyil, tranzit haqları isə Azərbaycan büdcəsinə təsir edəcək qədər yüksək ola bilməz. (Yeri gəlmişkən, eyni şey bizim üçün də keçərlidir). Nəhayət, psixoloji baxımdan, ən azından bu məğlub Ermənistan hökuməti məsələsində Azərbaycan və Ermənistan rəsmilərinin bərabər əsasda necə danışacağını təsəvvür edə bilmirəm.

Bu problemlərin həll edilə bilməyəcəyini və ya belə bir iş birliyinin ümumiyyətlə mümkün olmadığını demirəm. Məsələ burasındadır ki, “məğlubiyyətin faydaları” barədə danışmaqla insanları axmaq yerinə qoymaq və aldatmaq olmaz”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Məğlub olana dəhlizlər verilmir

2021/01/55-1610525174.jpg
Oxunub: 1385     16:55     21 Yanvar 2021    