Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Hakob Avetikyan “Hayeli” klubunda Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyanın Ermənistan parlamentinin sədri Ararat Mirzoyan barədə açıqlamsına toxunaraq deyib.
Avetikyanın sözlərinə görə, Nikol Paşinyanı indi Meğridən keçən yol üçün saxlayırlar.
O qeyd edib ki, Ermənistan əhalisi hazırda dövlətə sahib deyil.
“Hazırkı anda dövlətə sahib deyilik, müqavimət qabiliyyətimiz sıfırdır”, - deyə Avetikyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az