“Parlamentin sual-cavabında iştirak edən ali baş lazımsızdan soruşun ki, komandir heyətini Şuşadan noyabrın 5-dən 6-na keçən gecə çıxarmışdınızsa, niyə 7-də, 8-də və 9-da bu qədər insanı apardınız, öldürdünüz?”.
Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Yaşıl gələcək” ətraf mühit hərəkatının rəhbəri Vahaqn Varaqyan öz “Facebook” səhifəsində yazıb.
“Yoxsa təəssürat yaratmaq istəyirdin ki, Şuşanı təhvil vermirsən, ələ keçirirlər?
Ay Şuşanı təhvil vermiş lazımsız, hələ gecikməmisən? Sən necə yaşayırsan, əclaf?”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran