Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan deyib.
Zöhrabyan sual ünvanlayıb ki, Putin oktyabrın 18-də daha əlverişli şərtlə müharibəni dayandırmağı təklif etdiyini deyəndə yalan danışır?
“Baş Qərargah rəisi yalan danışırmı ki, 4-cü gün müharibəni dayandırmağın zərurəti barədə məruzə edib? Putin yalan danışırmı ki, oktyabrın 18-də daha əlverişli şərtlə dayandırmağı təklif edib?”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az