Ordu.az xəbər verir ki, bunu “Rossiyskaya qazeta” qəzetinə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Rəşid Nurqaliyev deyib.
Onun sözlərinə görə, 2016-cı ildə Rusiya Xarici İşlər Nazirliyi Qarabağ ətrafında hökm sürən vəziyyətin mərhələ-mərhələ həll edilməsi konsepsiyasını təqdim edib, bu konsepsiyanın son redaktəsi ilə sənəd tərəflərə 2019-cu ildə ötürülüb.
“Əgər bu təklifləri həyata keçirmək alınsaydı, Qarabağın dinc əhalisi üçün normal həyat fəaliyyəti üçün şərait yaranardı, Azərbaycan isə güc tətbiqinə əl atmayaraq itirdiyi rayonları qaytarardı”, - deyə o bildirib.
Nurqaliyev Rusiyanın həmişə bütün tərəflərin maraqlarını nəzərə alaraq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin lehinə çıxış etdiyini deyib.
Onun sözlərinə görə, 2019-cu ildə tərəflərə təklif olunmuş proqram Madrid və Kazan sənədlərində təsbit olunmuş prinsiplərin davamını nəzərdə tuturdu.
“2016-cı ildə Rusiya XİN Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətin həlli üçün mərhələli konsepsiya təqdim etmişdi. ATƏT-in Minsk qrupunun həmsədrləri sənədin redaktə edilmiş variantını tərəflərə 2019-cu ilin iyununda ötürüb”, - deyə Nurqaliyev bildirib.
Alpər Mövludoğlu
Ordu.az