Bundan əvvəl ABŞ Dövlət katibi vəzifəsinə namizəd Antoni Blinken Tehranın İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının icrasına ilk qayıdacağı təqdirdə, Vaşinqtonun Tehranın raket proqramını da əhatə edəcək daha uzunmüddətli razılaşmanın bağlanması müqabilində razılaşmaya qayıtmağa hazır olduğunu bildirib.
İran nüvə sazişi üzrə öhdəliklərə qayıtma şərtlərini sadalayıb.
“Regional məsələlərin və raketlərin Birgə Hərtərəfli Fəaliyyət Planının bir hissəsi olmayacağı barədə razılığa gəlməliyik”, - deyə Zərif bildirib.
2015-ci ildə Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran Birgə Hərtərəfli Fəaliyyət Planına nail olduqlarını elan etdilər. Razılaşma İranın nüvə proqramının məhdudlaşdırılması qarşılığında sanksiyaların ləğv edilməsini nəzərdə tuturdu. 2018-ci ilin mayında ABŞ müqavilədən birtərəfli şəkildə çıxdığını və Tehrana qarşı sərt sanksiyaların bərpa olunduğunu elan etdi.
İran 2019-cu ildə məhdudiyyətlərdən imtina edərək razılaşma çərçivəsində öhdəliklərinin mərhələli şəkildə azaldığını bildirdi.
Sevinc Əliyeva
Ordu.az